×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp noyabrda Asiyaya planlaşdırılan səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini istisna etməyib.
AZƏRTAC xəbər verir ki, Tramp jurnalistlərin mümkün görüşlə bağlı sualını cavablandırarkən deyib: “Mən Kim Çen Inla görüşə bilərəm. Bu, maraqlı olardı. Onunla münasibətlərimiz yaxşıdır”.
Trampın noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı gözlənilir.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-10-13 01:43:00