×
A
A
A
Sazlamalar

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Bakı, 13 oktyabr, AZƏRTAC

Bolqarıstan hakimiyyəti ölkənin Qara dənizdəki iqtisadi zonasında ticarət gəmilərinə edilən dron hücumlarının araşdırılması üçün NATO və Avropa İttifaqından (Aİ) texniki yardım istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan hökuməti məlumat yayıb.
Məlumata görə, Baş nazir Rumen Radev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə və NATO-nun Baş katibi Mark Rütteyə məktublar göndərərək müttəfiqlərin dəstəyinin vacibliyini vurğulayıb və məsələnin təcili qaydada nəzərdən keçirilməsini istəyib.
Oktyabrın 6-da Toqo bayrağı altında üzən “Alfa Watan” gəmisi Bolqarıstanın iqtisadi zonasında dron hücumundan sonra batıb. Gəminin 10 nəfərlik heyətindən heç kim xilas edilməyib.

Dünya 2026-10-13 00:42:00