


Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər
Bakı, 13 oktyabr, AZƏRTAC
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hərbi sözçüsü Yəhya Səria Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirildiyini iddia edib.
AZƏRTAC xəbər verir ki, Yəhya Səria hücumun dəqiq olduğunu bildirib, həmçinin Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərindəki hava bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirildiyini bildirib.
Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husilərin Ər-Riyada raket hücumunun qarşısının alındığını açıqlamışdı.