


“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır
Bakı, 12 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Yəməndəki husi üsyançıları ilə münaqişə fonunda Qərb müttəfiqlərinin məhdud hərbi dəstəyindən narazıdır. Ər-Riyad hava limanına hücumlar isə qarşıdurmanın daha da şiddətlənməsi riskini artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, husilərin hücumları ABŞ-nin da münaqişəyə cəlb olunmasına səbəb ola bilər. Hücumların iqtisadi təsirləri də hiss olunur: bir sıra iri şirkət rəhbərləri Ər-Riyadda keçirilən Beynəlxalq Neft Konqresində iştirakdan imtina edib, bəzi şirkətlər isə məsafədən iş rejiminə keçib.
Səudiyyə Ərəbistanının məlumatına görə, oktyabrın 10-da Ər-Riyad hava limanına hücum nəticəsində azı 12 nəfər həlak olub, 309 nəfər yaralanıb. Oktyabrın 11-də isə “Ənsar Allah” hərəkatı raketlər və dronlarla dörd genişmiqyaslı əməliyyat keçirdiyini açıqlayıb.