×
A
A
A
Sazlamalar

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Bakı, 12 oktyabr, AZƏRTAC
İran hakimiyyəti Hörmüz boğazından naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə çalışan gəmiləri düşmən hesab edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Hərbi Dəniz Qüvvələri belə gəmilərin “qətiyyətli cəzaya məruz qalacağını” bəyan edib.
Mətbuat xidmətinin məlumatına görə, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı qaydalarını pozan üç tanker dəniz minalarına dəyib və nəticədə gəmilərdə yanğın baş verib.

Dünya 2026-10-12 00:12:00