×
A
A
A
Sazlamalar

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Bakı, 11 oktyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında VI turun mərkəzi oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Liverpul" evdə "Mançester Siti" ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "şəhərlilər" 18 xalla turnir cədvəlinə başçılıq edir. Mersisayd təmsilçisi isə 9 xalla doqquzuncudur.

İdman 2026-10-11 21:37:00