


Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Bakı, 11 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun bağlanış oyunu “SOCAR Polymer Arena”da “Şəfa” və “Turan Tovuz” komandaları arasında olub.
Qarşılaşma Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+2-ci dəqiqədə Diequ Balau vurub.
Bu nəticədən sonra 14 xalı olan "Turan Tovuz" 4-cü sıradakı mövqeyini qoruyub. "Şəfa" isə 3 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a, "Qarabağ" "İmişli"yə 2:0, “Sumqayıt” “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib, “Neftçi” – “Sabah” (0:0) və “Zirə” – “Şamaxı” (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.