×
A
A
A
Sazlamalar

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

Kiyev, 11 oktyabr, AZƏRTAC

Avropa ölkələrinin liderləri və NATO-nun Baş katibi ilə ABŞ Prezidenti Donald Trampın elan etdiyi enerji atəşkəsini müzakirə etdik. Ukrayna bu təşəbbüsü dəstəkləyir və Rusiyanın da atəşkəsə qoşulması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
O əlavə edib ki, Ukrayna tərəfi ABŞ-dən təşəbbüsün detalları ilə bağlı məlumat gözləyir. “Biz Ukrayna olaraq həmişə gərginliyin azaldılmasına yönələn addımları, insanların həyatının qorunmasını, müharibəyə son qoyulması və davamlı sülhün təmin edilməsi üçün zəruri həlləri tam dəstəkləmişik”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında oktyabrın 11-dən Ukrayna ilə Rusiya arasında enerji atəşkəsinə dair razılıq əldə olunduğunu bildirib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2026-10-11 20:22:00