×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” komandası “Ordu” ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş “ağ-qaralar”ın 83:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk matçında “LANDAU Lions” NTD-ni 102:68 hesabı ilə məğlub edib.
Ötən gün turun ilk oyununda “Sumqayıt” evdə “Naxçıvan”ı üstələyib – 87:76.

İdman 2026-10-10 20:49:00