


Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında II turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “LANDAU Lions” NTD ilə qarşılaşıb. Görüş birincilərin 102:68 hesablı qələbəsi ilə başa çatıb.
Ötən gün turun ilk matçında “Sumqayıt” evdə “Naxçıvan”ı üstələyib – 87:76.