


ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib
Bakı, 10 oktyabr, AZƏRTAC
ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində qeyd olunub.
Məlumatda ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziyanın təqdim edildiyi bildirilib.
Maliyyə Nazirliyinin dərc olunmuş ümumi lisenziyasında həmçinin qeyd olunur ki, Rusiya Federasiyasında istehsal olunan dizel yanacağının satışı, çatdırılması, boşaldılması və idxalı, o cümlədən ABŞ-yə idxalı ilə bağlı əməliyyatlara icazə verilir.