×
A
A
A
Sazlamalar

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Şəki, 10 oktyabr, AZƏRTAC

Şəki şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və süni intellektdən məsuliyyətli istifadənin təşviqi məqsədilə “Rəqəmsallıq və süni intellekt” mövzusunda təlim keçirilib.
‎AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, IV “Maarifçi” proqramının iştirakçısı Könül Şirinova, müəllimlər və şagirdlər iştirak ediblər.
‎ Könül Şirinova şagirdlərə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, süni intellektin imkanları və ondan düzgün istifadə qaydaları barədə məlumat verib.
‎Təlim interaktiv suallar və praktiki nümunələrlə davam edib.
‎Tədbirin sonunda Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən bədii proqram təqdim olunub.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-10-10 00:13:00