×
A
A
A
Sazlamalar

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakıda "European Aquatics" (Avropa Su İdmanı Federasiyası) Konqresi çərçivəsində ilk iki tədbir reallaşıb.
Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə EA Bürosunun toplantısı keçirilib. Daha sonra milli federasiyaların nümayəndələrinin iştirakı ilə təcrübə və bilik mübadiləsi sessiyası təşkil olunub. Üzgüçülük və digər su idman növlərinin inkişafı, federasiyaların fəaliyyəti, müxtəlif layihələrin həyata keçirilməsi, innovasiyalar və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar, həmçinin yeni ideyalar bölüşmək və müxtəlif ölkələrin su idmanı sahəsində tətbiq etdiyi uğurlu yanaşmalarla tanış olmaq imkanı qazanıblar.
WA Dünya Kubokunun ardınca ASF və EA-in təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda Avropa su idmanı ailəsi üçün olduqca mühüm və mötəbər tədbirin keçirilməsi ölkəmizin beynəlxalq idman mövqeyinin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İdman 2026-10-08 22:15:00