


Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
Astana, 8 oktyabr, AZƏRTAC
Aktau limanı Xəzər dənizi vasitəsilə konteyner daşımalarının həcmi üzrə yeni rekord müəyyənləşdirib.
AZƏRTAC “KTJ Press”ə istinadla xəbər verir ki, 2026-cı ilin sentyabr ayının yekunlarına görə, liman vasitəsilə 10 min 186 TEU konteyner aşırılıb. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz çoxdur.
Müsbət dinamikaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük axınının artması, marşrutda konteyner infrastrukturunun inkişafı, həmçinin dəmir yolu və limanda yüklərin emalı imkanlarının genişləndirilməsi təsir göstərir.