×
A
A
A
Sazlamalar

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələri sənayenin dəstəklənməsi və qalıq yanacaq idxalından asılılığın azaldılması istiqamətində əlavə tədbirlər görməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xorvatiyanın Split şəhərində keçirilən Avropa İttifaqının Aralıq dənizi ölkələrinin “MED9” formatında sammitinin yekun deklarasiyasında bildirilib.
Sənəddə qeyd olunub ki, Avropa İttifaqı sənayesinə operativ dəstək göstərmək məqsədilə əlavə, hədəfli və müvəqqəti tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, Aİ-nin qalıq yanacaq idxalından kritik asılılığının azaldılmasının vacibliyi vurğulanıb.
Deklarasiyada enerji qiymətlərinin davamlı şəkildə aşağı salınmasını təmin etmək üçün həm nüvə, həm də bərpaolunan enerji mənbələrinin fəal inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.
Bildirilir ki, enerji keçidi enerji asılılığının azaldılmasına, habelə daxili siyasi və beynəlxalq geosiyasi böhranların enerji qiymətlərinə təsirinin məhdudlaşdırılmasına xidmət edən struktur alətidir.
“MED9” formatına Yunanıstan, İspaniya, İtaliya, Kipr, Malta, Portuqaliya, Sloveniya, Fransa və Xorvatiya daxildir.
Növbəti “MED9” sammitinin 2027-ci ildə Portuqaliyada keçirilməsi nəzərdə tutulur.

Dünya 2026-10-08 00:51:00