×
A
A
A
Sazlamalar

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Vaşinqton, 7 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun üçüncü ildönümündə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ Prezidenti Netanyahuya və İsrail xalqına xoş arzularını çatdırdığını deyib.
“Qarşı tərəf bu hücumlara görə çox böyük qiymət ödəyir”, – deyə Donald Tramp əlavə edib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-10-07 23:09:00