


“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi
Bakı, 7 oktyabr, AZƏRTAC
Matça yüksək intensivliklə başladıq və əzmkarlıq göstərdik. Oyun üçün əsas planımız təzyiq göstərmək idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri basketbol üzrə FIBA Avropa Kubokunun G qrupunda "LANDAU Lions"u 105:83 hesabı ilə məğlub edən İsveçrənin “Lions de Geneve” klubunun oyunçusu Tay Conson deyib.
"Birinci periodu yaxşı başladıq, sonra rəqibi sıxmağa başladıq. İlk yarıdan sonra da yavaş-yavaş oyunumuzu tənzimlədik. Bunun nəticəsində isə qələbə qazandıq", - deyə basketbolçu qeyd edib.