×
A
A
A
Sazlamalar

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Bakı, 7 oktyabr, AZƏRTAC
Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm. Azərbaycanda basketbol çox inkişaf edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri basketbol üzrə FIBA Avropa Kubokunun G qrupunda "LANDAU Lions"u 105:83 hesabı ilə məğlub edən İsveçrənin “Lions de Geneve” klubunun baş məşqçisi Patrik Pembele deyib.
O, rəqibin son iki oyununu analiz etdiklərini qeyd edib: "Ötən mövsümdəki oyunlarına baxmışdıq. Biz o riski ala bilməzdik ki, Freyzer yaxşı gecə keçirsin. Əsas plan Freyzeri zərərsizləşdirmək idi. Geriyə qayıtmasına məcbur etməliydik. Bunu da edə bildik. Bir az bəxtimiz də gətirdi".

Müxbir - Cavid Əliyev
Fotoqraf - Nicat Həşimov

İdman 2026-10-07 21:38:00