×
A
A
A
Sazlamalar

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Bakı, 7 oktyabr, AZƏRTAC

Rəqibin son 5 oyunlarını izləmişdik. Zədəli olan iki oyunçumuz meydanda olsaydı, fərqli olardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri basketbol üzrə FIBA Avropa Kubokunun G qrupunda İsveçrənin “Lions de Geneve” klubuna 83:105 hesabı ilə məğlub olan "LANDAU Lions" komandasının baş məşqçisi Erhan Toker deyib.
"Əsas müdafiədə səhvlər etdik. Oyun planımızı meydanda göstərə bilmədik. Onlar Ceyms Freyzerlə yanaşı, Ceksonu da zərərsizləşdirdilər. Yaxşı hücum imkanlarımız var. Sadəcə daha aqressiv oynamalıyıq", - deyə mütəxəssis qeyd edib.

Müxbir - Cavid Əliyev
Fotoqraf - Nicat Həşimov

İdman 2026-10-07 21:27:00