


Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Baltimorda keçirdiyi mitinqdə deyib.
“Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və Amerika Birləşmiş Ştatlarına məxsusdur. Hazırda vəziyyət belədir”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti İranla qarşıdurmanın uzun müddətdir davam etməsi barədə fikirlərə də münasibət bildirib. O, əsas məqsədin İranın nüvə imkanlarını sıradan çıxarmaq olduğunu vurğulayıb.
“Onlar 48 dəqiqədən danışmırlar. Deyirlər ki, İranla müharibə artıq altı aydır davam edir. Əslində B-2 bombardmançıları zərbələr endirən kimi biz bunu başa çatdırdıq. Çünki bununla onların nüvə imkanlarına son qoyuldu”, – deyə Tramp əlavə edib.