


ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ Arktikada hərbi mövcudluğunu genişləndirmək və İslandiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ Dövlət katibi Marko Rubionun İslandiyaya səfərindən sonra məlumat yayıb.
Nəşrin məlumatına görə, Qrenlandiya ilə bağlı ötən ay əldə olunan razılaşma ABŞ-nin regionda hərbi mövcudluğunu genişləndirməsinə imkan yarada bilər. Bu baxımdan İslandiyanın aerodromları, limanları və müşahidə infrastrukturu Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Qrenlandiyada Amerika hərbi mövcudluğunun artırılacağını bildirib.