


“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
Bakı, 6 oktyabr, AZƏRTAC
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi A qrupunda Litvanın “Ritas” (Vilnüs) komandası ilə üz-üzə gəlib.
Vilnüsdə gerçəkləşən görüş Azərbaycan təmsilçisinin 73:82 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv növbəti oyununu oktyabrın 14-də Bakıda Türkiyə "Trabzonspor"una qarşı keçirəcək.