


Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb
Bakı, 6 oktyabr, AZƏRTAC
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi səfərdə Yunanıstanın "Mikonos" kollektivi ilə üz-üzə gəlib. Matç rəqibin 78:58 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, H qrupunda "Neftçi" və "Mikonos"la yanaşı, "Oradya" (Rumıniya), "Friburq Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları da mübarizə aparırlar.