


Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 6 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib.
Prezident İlham Əliyev Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK.
Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq.
Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib.
Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər.
Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb.
TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb.
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub.
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb.
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb.
Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb.