×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 aprel tarixli 642 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267 (Cild I); 2025, № 1, maddə 88; 2026, № 7 (II kitab), maddə 755; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 dekabr tarixli 519 nömrəli Qərarı) “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.6-cı, 2.4-1-ci, 3.4-1-ci və 5.4-1-ci bəndlər ləğv edilsin.
2. 2.5-ci bəndin birinci cümləsindən “(bu Əsasnamənin 2.4-1-ci bəndində nəzərdə tutulmuş hallarda isə Bakı Nəqliyyat Agentliyinin)” sözləri çıxarılsın.
3. 3.4-cü bənddən “duracaq və” sözləri çıxarılsın və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“DİN balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq edir.”.

 


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ oktyabr ” 2026-cı il
№ 323

Qərarlar 2026-10-06 10:06:00