


“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 843 (Cild I); 2025, № 10, maddə 977) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
1.2. həmin Qərarla təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. 1-ci hissə üzrə:
1.2.1.1. 1.2-ci bəndə “üzrə” sözündən sonra “və ya mərkəzləşdirilmiş qaydada” sözləri əlavə edilsin;
1.2.1.2. aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:
“1.2-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi maliyyə yardımının ödənilməsi ilə əlaqədar növbəti il üzrə tələb olunan vəsaitlə bağlı büdcə layihəsini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsinə uyğun olaraq iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.”;
1.2.2. 2-ci hissə üzrə:
1.2.2.1. 2.1-ci bənddə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra ‒ Dövlət Vergi Xidməti) bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində” sözləri “qeydiyyatda olduğu vergi orqanına bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra ‒ Dövlət Vergi Xidməti) rəsmi internet informasiya ehtiyatında” sözləri ilə əvəz olunsun və həmin bəndə “vasitəsilə” sözündən sonra “hər bir kommunal xidmət növü üzrə ayrılıqda” sözləri əlavə edilsin;
1.2.2.2. 2.2-ci bənddə “Dövlət Vergi Xidməti” sözləri “Vergi orqanı” sözləri ilə əvəz edilsin;
1.2.2.3. 2.3-cü və 2.4-cü bəndlərin birinci cümlələrində “Dövlət Vergi Xidməti” sözləri “vergi orqanı” sözləri ilə əvəz edilsin;
1.2.2.4. 2.6-cı bənddə “Dövlət Vergi Xidməti” sözləri “Vergi orqanı” sözləri ilə əvəz olunsun və həmin bəndə “məlumatlar” sözündən sonra “və 2.7-ci bəndinə uyğun olaraq göndərilmiş sorğuya cavab olaraq kommunal xidmətlər göstərən dövlət müəssisələri tərəfindən verilmiş rəy” sözləri əlavə edilsin;
1.2.2.5. 2.7-ci bənd üzrə:
1.2.2.5.1. mətni birinci cümlə hesab edilsin, həmin cümlədə birinci halda “Agentliyi” sözü “Agentliyinin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə” sözləri “bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun formada müvafiq rəyi 5 (beş) iş günündən gec olmayaraq sorğunu göndərmiş vergi orqanına elektron kabinet vasitəsilə” sözləri ilə əvəz olunsun və həmin cümləyə “üçün” sözündən sonra “elektron formada” sözləri əlavə edilsin;
1.2.2.5.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sahibkar tərəfindən təqdim edilmiş məlumatlarla kommunal xidmət göstərən dövlət müəssisəsində mövcud olan məlumatlar arasında uyğunsuzluq aşkar edildikdə, rəydə uyğunsuzluğun səbəbləri göstərilir.”;
1.2.3. Qaydaya 1 nömrəli əlavə üzrə:
1.2.3.1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri “hüquqi şəxsin / fiziki şəxsin qeydiyyatda olduğu vergi orqanının adı – ismin yönlük halında” sözləri ilə əvəz edilsin;
1.2.3.2. “Bank rekvizitləri ____________________________” abzasından sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd. Məlumatlar hər bir kommunal xidmət növü üzrə ayrılıqda təqdim olunmalıdır.”;
1.2.4. Qaydaya 3 nömrəli əlavə əlavə edilsin (əlavə olunur).
2. Bu Qərarın 1.2.1.1-ci abzası 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 5 ” “ oktyabr ” 2026-cı il
№ 322