


ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ administrasiyası Litva hakimiyyətinin ölkə ərazisində daimi Amerika hərbi bazası yaradılması təklifini nəzərdən keçirəcək.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Ev müxbirlərinin sualını cavablandırarkən bildirib.
“Biz bunu mütləq nəzərdən keçirəcəyik. Mən Litvada çoxlu insan tanıyıram. Onlar gözəl insanlardır”, - deyə Tramp qeyd edib.