×
A
A
A
Sazlamalar

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Ankara, 6 oktyabr, AZƏRTAC

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən Məkkə Birgə Müdafiə Sazişinə əsasən yaradılmış Strateji Siyasət və Müdafiə Komitəsinin fövqəladə iclasının yekunlarına dair birgə bəyanatda bildirilir.
Tərəflər Məkkə və Mədinənin hədəfə alınması cəhdlərini, eləcə də Səudiyyə Ərəbistanındakı mülki və iqtisadi obyektlərə qarşı hücumları ən sərt şəkildə pisləyiblər.
Türkiyə və Pakistan rəsmiləri Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin krallığın təhlükəsizlik və ərazi bütövlüyünü təhdid edən hücumlara qarşı nümayiş etdirdiyi peşəkarlığı və səriştəni yüksək qiymətləndiriblər.
"Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb", - deyə sənəddə qeyd olunur.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-10-06 00:10:00