×
A
A
A
Sazlamalar

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn leytenant Elvin Azad oğlu Şükürlünün əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidiin ailə üzvləri və döyüş yoldaşları Hərbi Memorial Məzarlıqda onun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq, ehtiram nümayiş etdiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətini xüsusi qeyd edərək, döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, eləcə də leytenant E. Şükürlünün xidmət və döyüş yolundan danışıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2026-10-04 21:51:00