×
A
A
A
Sazlamalar

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Ankara, 4 oktyabr, AZƏRTAC

Türkiyənin Adana vilayətində növbəti zəlzələ baş verib.
AZƏRTAC Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna istinadla xəbər verir ki, 4,8 və 4,9 bal gücündəki yeraltı təkanların ardından Adanada 4,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Saimbeyli rayonunda olub. Dağıntının və tələfatın olmadığı bildirilib.

16:49

Oktyabrın 4-də Türkiyənin cənubundakı Adana və Osmaniyə əyalətlərində 4,8, 4,9 və 5,2 bal gücündə zəlzələlər baş verib.

AZƏRTAC Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna (AFAD) istinadla xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 14:19-da Adana əyalətində qeydə alınıb, 4,8 bal gücündə zəlzələnin episentri Saimbeyli rayonunda olub.
On yeddi dəqiqə sonra eyni ərazidə 4,9 bal gücündə zəlzələ, yerli vaxtla saat 14:43-də isə qonşu Osmaniyə əyalətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2026-10-04 22:13:00