×
A
A
A
Sazlamalar

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Bakı, 3 oktyabr, AZƏRTAC

Mənə elə gəlir ki, sadəcə hazırlıq dövründə bir az səhvlər oldu. Amma bildiyiniz kimi, yarış üç mərhələdən ibarətdir və indi əsas xalları toplamaq lazımdır. Xallar məsafələri üzdükcə toplanır və üçüncü mərhələnin sonunda hansı idmançının hansı yerə layiq görüldüyü müəyyənləşərək medallar hesablanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan üzgüçüsü Fatimə Alkərəmova Bakıda keçirilən Dünya Kuboku ilə bağlı danışarkən söyləyib.
Mövcud nəticələrini və hədəflərini qiymətləndirən idmançı deyib: "Hələ ki, Dünya Kubokunun reytinq cədvəlində 7-ci pillədə qərarlaşmışam. Ölkəmizdə üzgüçülük ənənələrinin formalaşması prosesini nəzərə alsaq 7-ci yer pis göstərici deyil. Finala vəsiqə qazanmaq və lisenziya əldə etmək üçün çox əziyyət çəkmişik. İndi istədiyim kimi yüksək nəticə göstərə bilməməyim dayanmaq vaxtının çatdığı demək deyil. Məşqlərimizi daha da artıraraq növbəti yarışlarda daha yaxşı nəticələr göstərməyə çalışacağam".

Qeyd edək ki, Bakıdan sonra “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun növbəti mərhələsi oktyabrın 8-10-da Daşkənddə təşkil olunacaq.

Fotoqraf - Xanlar Əlizadə
Operator - Ələkbər Baxşıyev

İdman 2026-10-03 21:42:00