


Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfər edib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.