×
A
A
A
Sazlamalar

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı polis 5000-dən çox şəxsi saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes “TF1” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, yalnız oktyabrın 2-də 1747 nəfər saxlanılıb. Nazir həmin gün 735 təhsil müəssisəsində nümayiş keçirildiyini, 158 məktəbin isə zərər gördüyünü qeyd edib.
Lisey şagirdlərinin etirazları ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin digər bölgələrinə də yayılıb. Etirazçılar dərs yükünün çoxluğu, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Dünya 2026-10-03 00:43:00