


Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib
Bakı, 2 oktyabr, AZƏRTAC
Yəməndəki husilər Səudiyyə Ərəbistanı ordusunun son 24 saat ərzində ölkənin bir sıra bölgələrinə 94 hava zərbəsi endirdiyini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səri “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr Səna, Səəda, Taiz, Həccə, Əmran və İbb bölgələrinə endirilib və nəticədə mülki şəxslər arasında itkilər olub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Türki əl-Maliki isə husilər tərəfindən Xamis Muşayt şəhərinə atılan üç ballistik raketin ələ keçirildiyini bildirib.