×
A
A
A
Sazlamalar

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

Bakı, 2 oktyabr, AZƏRTAC

G7 ölkələrinin liderləri İranı qlobal enerji təhlükəsizliyini təhdid etməkdə ittiham ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə G7-nin yaydığı bəyanatda bildirilib.
“Biz İranın qonşularına qarşı davam edən hücumlarını, beynəlxalq ticarətə maneələr yaratmasını və enerji təhlükəsizliyinə təhdidlərini pisləyirik”, - deyə bəyanatda qeyd olunub.
G7 liderləri İranı Hörmüz boğazında maneəsiz gəmiçiliyi bərpa etməyə çağırıblar və bu məqsədlə kollektiv səyləri gücləndirməyə hazır olduqlarını bildiriblər.

Dünya 2026-10-02 22:57:00