×
A
A
A
Sazlamalar

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Bakı, 2 oktyabr, AZƏRTAC

Qərb ölkələri Kiyevdə təhlükəsizlik vəziyyətinin pisləşəcəyi təqdirdə, səfirliklərini şəhərdən köçürmək üçün ehtiyat planlar hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” iki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Diplomatik nümayəndəliklərin Lvova və ya Polşanın şərqinə köçürülməsi nəzərdən keçirilir. Mənbələrdən biri vəziyyətin “sürətlə pisləşdiyini” bildirib.
Kiyev meri Vitali Kliçko isə şəhərdə vəziyyətin “çox gərgin” olduğunu deyib.

Dünya 2026-10-02 22:23:00