


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749 (Cild I); 2024, № 7, maddə 910; 2025, № 3, maddə 267, № 7, maddə 709; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 280 nömrəli, 15 sentyabr tarixli 297 nömrəli və 21 sentyabr tarixli 305 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. “1. Təhsil müəssisələri” hissəsinin 1.69-cu bəndinə “Ağdaş” sözündən əvvəl “Habil Əliyev adına” sözləri əlavə edilsin.
2. “2. Muzeylər” hissəsinə aşağıdakı məzmunda 2.102-2-ci bənd əlavə edilsin:
“2.102-2. “Xocalı Soyqırımı Memorial Kompleksi Xocalı şəhəri”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 2 ” “ oktyabr ” 2026-cı il
№ 320