×
A
A
A
Sazlamalar

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycanla qarşılaşmaya qədər favorit hesab olunmurduq. Buna baxmayaraq, matça ciddi hazırlaşmışdıq. Heç-heçə nəticəsi bizi çox sevindirdi. Əldə etdiyimiz hər xal bizim üçün önəmlidir. Qarşılaşmada qol imkanlarımız da oldu və müdafiə xəttində yaxşı mübarizə apardıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığması ilə 0:0 hesabı ilə başa çatan matçdan sonra mətbuat konfransında deyib.
O, son üç oyundakı çıxışlarını müsbət qiymətləndirib: “Qarşıdakı görüşlərə hazırlaşacaq və əlimizdən gələn ən yaxşısını etməyə çalışacağıq. Biz peşəkar komanda deyilik. Heyətdə peşəkar futbolçuların sayı azdır, oyunçuların böyük hissəsi başqa sahələrdə çalışır. Buna baxmayaraq, komandanın müəyyən planı var və inkişaf etmək üçün üzərimizdə işləməliyik”.

İdman 2026-10-01 23:04:00