×
A
A
A
Sazlamalar

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Bakı, 1 oktyabr, AZƏRTAC
Komanda mental olaraq yaxşı vəziyyətdə deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
O, UEFA Millətlər Liqasının D divizionunun qrup mərhələsində Lixtenşteyn yığması ilə heç-heçə (0:0) etdikləri oyun barədə bunları deyib: “Xalqımızdan üzr istəyirik. Qol epizodlarımız oldu. Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq”.
Qeyd edək ki, hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir.

Müxbir - Cavid Əliyev

İdman 2026-10-01 22:41:00