×
A
A
A
Sazlamalar

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi müdafiə sənayesinin bu günü ilə yanaşı, gələcəyini də formalaşdıracaq qabaqcıl texnologiyaları bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, sərgi stendlərində və pavilyonlarında nümayiş olunan hər bir yeni silah və texnika arxasında mühəndislik düşüncəsini, innovasiyanı və daim yenilənən təhlükəsizlik tələblərini nümayiş etdirir. İlk dəfə təqdim olunan məhsullar isə sərgiyə xüsusi dinamika qatır, ziyarətçilərin diqqətini yeni imkanlara yönəldir. Burada texnologiya yalnız nümayiş olunmur – gələcəyin müdafiə imkanları göz önündə canlandırılır.
“ADEX 2026” ilə eyni vaxtda keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də diqqəti müasir təhlükəsizlik həllərinə yönəldir. Sərgidə təhlükəsizlik və mühafizə sistemlərindən tutmuş xilasetmə vasitələrinə, fövqəladə halların idarə olunması üçün innovativ texnologiyalara qədər geniş çeşiddə məhsullar nümayiş olunur. Burada təqdim edilən yeni texnologiyalar təhlükəsizliyin təmin olunmasında müasir yanaşmaların və texnoloji imkanların hansı istiqamətdə inkişaf etdiyini göstərir.

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov

 

Ordu 2026-10-01 21:46:00