×
A
A
A
Sazlamalar

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Bakı, 1 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, D Divizionunda yer alan Ayxan Abbasovun başçılıq etdiyi kollektiv II turda Lixtenşteyn yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Komanda bu rəqiblə oktyabrın 4-də evdə üz-üzə gələcək.
Hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir.

21:05

UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçirilən oyunun ikinci hissəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın ilk yarısından sonra hesab açılmayıb - 0:0. Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.

20:52

Bakı, 1 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın fasiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.

20:00

Bakı, 1 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçirilən oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç saat 20:00-da start götürüb.
Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.

Müxbir – Cavid Əliyev
Fotoqraf – Tofiq Babayev

İdman 2026-10-01 21:57:00