


Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib
Bakı, 1 oktyabr, AZƏRTAC
Latviya Prezidenti Edqars Rinkeviçs ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən dövlət başçısı zərurət yaranacağı təqdirdə ölkəsinin belə bir addıma hazır olduğunu bildirib.
Latviya mediasının məlumatına görə, Rinkeviçs deyib: "Əgər belə bir ehtiyac yaranarsa və NATO kollektiv qərar qəbul edərsə, Latviyada nüvə silahları yerləşdiriləcək".
Prezident əlavə edib ki, ölkə qanunvericiliyində bunun üçün heç bir hüquqi maneə mövcud deyil.