


İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək
Vaşinqton, 1 oktyabr, AZƏRTAC
ABŞ-nin müharibə naziri Pit Heqset müharibələrin gələcəyinin öyrənilməsinə yönəlmiş yeni təşəbbüsün yaradıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, Pit Heqset Silahlı Qüvvələrin vəziyyətinə dair çıxışı zamanı “Meridian” layihəsini təqdim edib.
O bildirib ki, layihəyə “Tesla”nın təsisçisi, amerikalı trilyoner İlon Mask, “Anduril Industries” şirkətinin təsisçisi Palmer Laki və ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç birgə rəhbərlik edəcəklər.
Təşəbbüs ABŞ Müharibə Departamentinin baş texnologiya direktoru Emil Mayklın rəhbərliyi altında həyata keçiriləcək.