×
A
A
A
Sazlamalar

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Qəza səbəbindən Zığ şosesi- 8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat verilib.
Bildirilib ki, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

Cəmiyyət 2026-09-30 23:12:00