×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürüb.
AZƏRTAC xəbər verir ki, açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən görüş "Sabah"ın 84:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yeni mövsümdə ABL-də 8 komanda mübarizə aparacaq. Bunlar “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt”dır.

İdman 2026-09-30 22:04:00