×
A
A
A
Sazlamalar

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov

 

Regionlar 2026-09-30 01:03:00