


ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib
Bakı, 30 sentyabr, AZƏRTAC
ABŞ hakimiyyəti İran ordusuna silah və komponentlərin tədarükünə kömək etdiklərinə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər İran silahlı qüvvələrini dəstəkləmək üçün silah və komponentlərin alınmasında iştirak edən şəxslərə və təşkilatlara şamil olunur.
Sanksiyaya məruz qalanlar arasında Pakistan və Səudiyyə Ərəbistanından olan hüquqi şəxslər də var.
Qeyd edək ki, İran uzun illərdir ABŞ-nin iqtisadi sanksiyaları altındadır.