×
A
A
A
Sazlamalar

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Bakı, 29 sentyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsindən sonra türk dövlətlərinin Qarabağ bölgəsində nümayiş etdirdiyi həmrəylik, dostluq və dəstək sənədli filmdə öz əksini tapıb.
Bunu AZƏRTAC-a açıqlamasında filmin ideya müəllifi və quruluşçu rejissoru Elnurə Kazımova deyib.
Onun sözlərinə görə, ekran əsərinin əsas məqsədi Qarabağda qardaş həmrəyliyini və dostluğunu, həmçinin türk dövlətlərini birləşdirən tarixi və mənəvi bağları nümayiş etdirməkdir.
“Filmdə Qarabağda qardaş həmrəyliyi, dostluğu, tarixi və mənəvi köklərimiz, eləcə də qardaş dövlətlərin göstərdiyi dəstək öz əksini tapır”, - deyə rejissor bildirib.
Qeyd edib ki, filmin çəkilişləri Bakı, Türkiyə və Qarabağın müxtəlif bölgələrində, o cümlədən Ağdam, Füzuli, Xankəndi və Şuşada aparılıb. Çəkilişlər üç ay ərzində həyata keçirilib.

Müxbir- Lalə Minasazova

Cəmiyyət 2026-09-29 23:09:00