×
A
A
A
Sazlamalar

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

Bakı, 29 sentyabr, AZƏRTAC

ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
Tramp ABŞ tərəfinin İranla əlaqə saxlayıb-saxlamadığı ilə bağlı suala “Bəli” cavabını verib. O, əlaqələrin vasitəçilər vasitəsilə həyata keçirildiyini də təsdiqləyib.
ABŞ Prezidenti məsləhətləşmələrin nəticələri barədə əlavə məlumat verməyib.

Dünya 2026-09-29 00:48:00