×
A
A
A
Sazlamalar

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Sabirabad, 28 sentyabr, AZƏRTAC

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada – Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadur qızını vurub.
Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Regionlar 2026-09-28 23:56:00